Ukrayna gəmisi batdı: 16 ölü

gemiUkrayna gəmisi Qara dəniz sularında qəzaya uğrayıb.

Ukrayna İnfrastruktur Nazirliyindən verilən məlumata görə, Olga adlı nəhəng gəmi Qara dəniz sularında batıb. İlkin məlumatlara görə,  gəmidə 36 sərnişin olub. Odessa bələdiyyə başçısının müavini Vladimir Jmak, gəminin dənizdə güclü dalğalanmadan çevrildiyini bildirib. Ukrayna Daxili İşlər Nazirliyi, qəzada 16 adamın öldüyünü, 20 nəfərin isə xilas edilərək xəstəxanalara yerləşdirildiyini açıqlayıb.

 

azadliq.info