ABŞ prezidenti Barak Obama İran üzərindən sanksiyaların götürülməsi prosesinin başlanmasını nəzərdə tutan sənəd imzalayıb. Dövlət katibinə müraciət edən Ağ Ev rəhbəri ölkənin imzaladığı razılaşmaların yerinə yetirilməsinə başlamağı təklif edib.
Sənədin imzalanması Vaşınqton administrasiyasından formal tələblərin yerinə yetirilməsidir. Bazar günü İranla beynəlxalq vasitəçilər qrupu arasında nüvə proqramı ilə bağlı razılaşmanın yerinə yetirilməsi müddəti başa çatıb.
Obamanın göstərişi ABŞ-ın İrana qarşı sanksiyaların götürülməsi ilə bağlı konkret tarixi nəzərdə tutmur. Vaşınqton dəfələrlə qeyd edib ki, MAQATE Tehranın öz öhdəliklərinin yerinə yetirdiyini təsdiq edəndən sonra real addımlar atılacaq.
Fizzə