Türkiyənin “etibarlı ölkələr” siyahısında yer almasına qarşı deyiləm

merkelAlmaniya kansleri Angela Merkel, Türkiyəyə planlaşdırılan səfərindən öncə maraqlı açıqlamalar verib. Merkel, Türkiyəni  Avropa Birliyinin “etibarlı ölkələr” siyahısında yer almasına qarşı olmadığını bildirib.

Kansler bazar günü Türkiyəyə reallaşdıracağı səfərdən əvvəli “Frankfurter Allgemeine” qəzetinə müsahibəsi zamanı belə deyib. Türkiyənin AB-nə namizəd ölkələr arasında “etibarlı ölkələr” siyahısında yer almayan tək ölkə olduğunu xatırladan Merkel, narahat olduqları məqamlar da xatırladıb: “Təbii olaraq, insan hüquqları və kürd problemi ilə bağlı narahatçılığımız var. Bu, bizi diqqətli olmağa təşviq edir. Buna baxmayaraq Türkiyənin bu statusu almasına qarşı olmağı prinsipial olaraq səhv hesab edirəm.

 

azadliq.info