Rusiya Əsəd məsələsində geri çəkilir

medvedev-xeberdarliqRusiyanın baş naziri Dmitri Medvedev, Suriyada Əsəd rejimini müdafiə etmədiklərini açıqlayıb. Rusiya televiziyalarından birinə müsahibə verən baş nazir bildirib: “Bizim üçün Suriyada Əsəd rejiminin ayaqda qalıb-qalmaması əsas məsələ deyil. Bizim hazırkı səylərimiz Əsəd rejiminin yerinə terrorçuların gəlməsini önləməkdən ibarətdir. Suriyada rəhbərlik dəyişəcəksə, bu, sivil şəkildə, xalqın verəcəyi plüralist qərarla gerçəkləşməlidir”,- deyə Medvedev bildirib.

 

azadliq.info