BMT-yə üzv dövlətlər səsvermə nəticəsində Ukrayna 2016-2017-ci illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib.
Strateq.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı yayıb. Məlumata əsasən qərar BMT Baş Məclisində gizli səsvermə yolu ilə 177 ölkənin iştirakı ilə qəbul edilib. Seçilmək üçün 118 ölkənin səsi kifayət edirdi.
Rusiya BMT Təhlükəsizlik Şurasında Ukrayna ilə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.