merkezibank

Mərkəzi Bank nizamnamə kapitalını niyə artırdı?

merkezibank

Məqsəd bankların sayını əhəmiyyətli dərəcədə azaltmaqdır

Xəbər verildiyi kimi, Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata artırılır. Bu barədə APA-nın məlumatında bildirilib. Bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunun 10.2-ci maddəsinə dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən,  “Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır” cümləsində  “10 milyon” sözü “500 milyon” sözü ilə əvəz edilir. Layihə Milli Məclisin oktyabrın 20-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.

oqtay-haqverdiyev

Sözügedən artımda məqsədin nə olduğunu açıqlayan iqtisadçı-ekspert  Oqtay Haqverdiyev söyləyir ki, əslində ölkədəki bankların sayı  15-17, nizamnamə kapitalı isə 200 milyon arasında  olmalıdır. Ekspertə görə nizamnamə kapitalının  hətta 500 milyona qaldırılması bank sektorunda inkişafa səbəb ola bilər:

“Bununla da ölkədə bir neçə bank qalacaq. Məqsəd də odur ki, sanballı banklar olmalıdır və kapital da orada cəmləşməlidir. Bizdə isə hazırda çox zəif bank sistemi var. Bir neçə bank var ki, onlar standartlara uyğundur. Digər bankların isə hamısının ”krışa”sı  var və onların orada hansı fəaliyyətlə məşğul olduqları bilinmir. Indilikdə bu məsələnin gündəmə gəlməsi, yəni nizamnamə kapitalının artırılmasında əsas məqsəd kapital yığımına görə sayın az, keyfiyyətin  yüksək olmasıdır. Qanunvericiliyə görə bir fərman  qəbul edib hansısa bankı bağlamaq olmaz. Onları iqtisadi metodlarla  məcbur etmək lazımdır. Bu dəyişikliklə isə bir neçə bank qalacaq ki, o da bizim ölkə üçün yetərlidir”.

Nigar