Baş nazir Əhməd Davudoğlunun müavini Yalçın Akdoğan Türkiyəyə qarşı terror təhdidləri ilə bağlı maraqlı açıqlamalar verib. O, bütün çətinliklərə baxmayaraq terrorla mübarizədə qərarlı olduqlarını bildirib. Nazir müavini bu təşkilatların eyni mərkəzdən idarə olunduğunu da iddia edib: “Hücumlar kimdən, hansı terror təşkilatından gəlirsə gəlsin, buna qarşı mübarizədə çox qərarlıyıq. Türkiyədə terrorun “anası” PKK-dır. Bütün bunları öyrədən, bəsləyən, böyüdən, Suriyadakı düşərgələrdən istiqamətləndirənlər, Türkiyəyə canlı bomba olaraq göndərənlər hamısı eyni məqsədə xidmət edir. İŞİD daxil olmaqla, bunlar, eyni qaranlıq fikirlərin bəslədiyi terror təşkilatlarıdır”.
azadliq.info