Sərxoş rus pilotlar Əsəd qüvvələrini bombaladı

rus teyyareRus təyyarələrinin səhvən Əsəd mövqelərini bombaladığı haqda məlumat yayılıb. Hadisəyə səbəb rus əsgərlərinin  alkaqollu içkinin təsiri altında olmaları göstərilir.

Suriya müxalifətinin internet saytı “Madar əl Yevm”‘in yaydığı məlumata görə, Rus təyyarələri Həma cəbhəsində eyni gündə iki dəfə Əsəd mövqelərini bombalayıb. İnternet saytında yayılan xəbərdə, hadisəyə səbəb kimi pilotların alkaqollu içkinin təsiri altında olmaları göstərilir.  Fəth ordusunun spikerinin bildirdiyinə görə, Əsəd və İran qüvvələrinin planlaşdırdığı quru əməliyyatları da bu üzdən təxirə salınıb.

 

azadliq.info