Cameron: “Razılaşacağımıza əminəm”

david_cameronBritaniyanın baş naziri Devid Cameron, ölkəsinin Avropa Birliyində qalması üçün nə kimi dəyişikliklər istədiklərini noyabr ayının əvvəlində açıqlayacaqlarını bildirib.

AB sammitinə qatılmaq üçün Brüsselə gələn Cameron, bunları deyib: “Prosesi sürətləndirəcəyik. Dəyişiklik istədiyimiz dörd əhəmiyyətli sahə var. Bu dəyişikliklərin nədən ibarət olduğunu noyabr ayının əvvəlində açıqlayacağıq”.

Cameron, AB-nin dekabr ayında baş tutacaq sammitində İngiltərəni qane edən razılaşmanın əldə olunacağına əmin olduğunu da dilə gətirib.

azadliq.info