Əsabəli Mustafayev: “Hələ 100-ə yaxın kommunikasiyası artıq bitmiş işlər öz qərarlarını gözləyir”
Avropa Məhkəməsi bu gün 2 iş üzrə qərar elan etdi. Bu bardədə vəkil Əsabəli Mustafayev facebook səhifəsində məlumat yayıb. Hər iki qərar vəkilin apardığı işlərlə bağlıdır.
“Apardığım işlərdən daha ikisi barədə Avropa Məhkəməsi qərar elan edib. Biri mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır. Digəri Qafqaz Məmmədovun icazəsiz mitinqdə iştirak etməsinə görə 5 gün həbs olunması ilə bağlıdır. Məhkəmə Konvensiyanın 5-i maddəsinin (azadlıq hüququnun), 6.1. və 6.3-cü maddələrinin (ədalətli araşdırma və vəkillə təminat), 11-ci maddəsinin (sərbəst toplaşma azadlıqı) pozuntusunu tanıyıb və kompensasiya qismində 18050 avro təyin edib. Bununla uğurlu qərarların sayı 49 oldu. Hələ qabaqda 100-ə yaxın kommunikasiyası artıq bitmiş işlər öz qərarlarını gözləyir”, – deyə Ə.Mustafayev qeyd edib.



