“Əsədin təkrar hakim olacağını düşünənlər xəyal içindədir”

TurkiyeTürkiyənin xarici işlər naziri Rusiyaya sərt xəbərdarlıq edib. Rəsmi Kremlin ciddi yanlış içində olduğunu bildirən nazir Feridun Sinirlioğlu, Suriyadakı hərəkətlərin böhranı dərinləşdirməyə xidmət etdiyini bildirib.Nazir Sinirlioğlu, Səudiyyə Ərəbistanı xarici işlər naziri Adel Al-Jubair ilə görüşdən sonra belə bir açıqlama verib.

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında siyasi, iqtisadi əlaqələrin ortaq mənfəətlər əsasında qurulduğunu bildirən Sinirlioğlu, görüş zamanı ikitərəfli və regional mövzuları müzakirə etdiklərini bildirib. Türk nazir Suriyadakı böhranı da ciddi müzakirə etdiklərini bildirib:

“Siyasi həlli mümkün edəcək keçid prosesini necə həyata keçirilə bilərik, hansı addımlar atıla bilər, bunları ətraflı müzakirə etdik. Bunu ifadə etmək istəyirəm ki, əsas hədəfimiz Suriyada, ümumilikdə bölgədə sülhün, əmin-amanlığın, sabitlik və rifahın təmin edilməsidir. Əgər Bəşər Əsədin təkrar Suriyaya hakim ola biləcəyini və ölkəni sabitliyə qovuşdracağına əmin olanlar varsa, onlar xəyal içindədir”,-  deyə türk nazir bildirib.

 

azadliq.info