“The Wasinqton Post” qəzeti Türkmənistanda insan haqlarının pozulması, xüsusən də ABŞ Konqresinin maliyyələşdirdiyi “Azadlıq” radiosu əməkdaşlarının təqib edilməsinə dair redaksiya məqaləsi dərc edib. Məqalədə oxşar vəziyyətin Azərbaycanda da hökm sürdüyü, hətta Türkmənistan hökumətinin Bakıdan nümunə götürdüyü vurğulanır.
Məqalədə yazılır ki, SSRİ-nin dağılması ilə müstəqilliyə qovuşan Türkmənistan xalqı böyük təbii sərvətlərinin, neft ehtiyatlarının onları Küveytə çevirəcəyinə ümid edirdilər. Lakin bu gözləntilər özünü doğrultmadı. Türkəminstanda sərt diktatura rejimi quruldu. Hökumət uzun illər ərzində əhaliyə qaz və elektrik enerjisini demək olar ki, havayı verirdi, lakin neftin ucuzlaşması nəticəsində ölkədə vəziyyət daha da pisləşib və hökümət belə proqramları dayandırmağa məcbur olub. Hətta iş o həddə çatıb ki, maaşların ödənməsindı problemlər yaranıb.
Qəzet yazır ki, bütün diktatura rejimlərində olduğu kimi, Türkəminstanda da mətbuat sərt nəzarət altındadır. Hakimiyyət əhalinin məlumat almaq imkanlarını məhdudlaşdırmaq üçün repressiyaları davam etdirir. Abadlaşdırma kampaniyası bəhanəsi ilə peyk antenaları yığışdırılıb. Ölkədə baş verənlər barədə həqiqəti yayan jurnalistələrə qarşı represiayalar güclənib. “Azadlıq” radiosunun türkmən xidmətinin əməkdaşı Səfərməmməd Nepeskuliyev iyul ayında yoxa çıxıb. Yalnız bu yaxınlarda qohumlarına bəlli olub ki, o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Vetaran jurnalist Osmanqulu Halıyev istefa verməyə məcbur edilib. Türkmən xidmətinin rəhbəri deyib ki, Türkəinstanda yaşayıb “Azadlıq” radiosu ilə əməkdaşlıq edənləri işi dayandırmayacaqları halda həbsxanaya göndərəcəkləri ilə hədələyirlər.
Qəzet Türkmənistan hakimiyyətinin “Azadlıq” radiosuna qarşı tam cəzasızlıq mühitində repressiyalar aparmasını onun Azərbaycandan nümunə götürməsi kimi şərh edib. “Xəzərin digər tayında olan Azərbayncanda “Azadlıq” radiosunun əməkdaşlarına qarşı hökümət xeyli vaxtdır repressiv siyasət aparır, amma Obama administrasiyası Azərbaycan hakimiyyətinə qarşı heç bir sərt addım atmayıb. Dövlət Departamentinin insan hüquq və azadlıqlarının vəziyyətinin kəşkin pisləşməsinə dair Azərbaycan kimi ölkələrlə bağlı zaman-zaman narazılıqlar ifadə etməsi heç bir müsbət nəticə verməyib. Bunun başlıca nəticələrindən biri isə budur ki, “Azadlıq” radiosu jurnalistlərinə qarşı repressiyalar milyonlarla insanı obyektiv məlumat almaq imkanından məhrum edib”.
azadliq.info