Rusiya Suriyada 104 dinc sakin öldürüb

suriya4Suriya İnsan Haqqları Təşkilatı Rusiyanın Suriyada başlatdığı hava hücumları ilə bağlı hesabat yayıb. Yayılan hesabatda, Rusiyanın 30 sentyabrdan bu yana Suriyanın müxtəlif şəhərlərində təşkil etdiyi hücumlarda 25-i uşaq, 15-i qadın olmaqla, ümumilikdə 104 dinc sakinin öldürüldüyü bildirilir.
Hesabatda eyni zamanda, Rusiyaya aid döyüş təyyarələrinin bu günə qədər 23 nöqtəni hədəf aldığı öz əksini tapıb. Bu zərbələrin 15-nin müxaliflərə, 5-nin İŞİD-ə, 3-nün isə müxaliflərin əlində olan ərazilərə endirildiyi də hesabatda yer alıb.

 

azadlıq.info