Rusiya Ermənistanda geniş miqyaslı hərbi təlimlərə başlayıb. Bu haqda Rusiya ordusunun baş qərərgahından məlumat verilib. Məlumatda, Ermənistanın Kamhud və Alagyaz təlim sahələrində Rus və Erməni ordu qüvvələrinin təlimə başladılqarı bildirilir.
Bir həftə davam etməsi planlaşdırılan təlimlərdə Rusiya və Ermənistan ordusuna aid tank və mexanikləşdirilmiş piyada birliklərinin yüksək dağlıq sahədə xüsusi tatktiki vəzifələri eyni vaxtda yerinə yetirmək bacarıqları təkmilləşdiriləcək.
azadlıq.info