
Məlumata görə, Rusiya prezidenti Vladimir Putin müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən məmurlar yalnız Rusiya aviaşirkətlərinin, habelə Avrasiya İqtisadi İttifaqı ölkələrinin aviaşirkətlərinin xidmətlərindən yararlana bilər.
Sözügedən aviaşirkətlərin məmurun ezam olunduğu yerə uçuşları gerçəkləşdirməməsi, habelə aviabiletlərin ezamiyyət müddətini əhatə etməməsi istisna hallar kimi göstərilir.
(apa)