“Putinin ümid etdiyi kimi Suriyada Rusiyaya qarşı bitərəf qala bilmərik”
ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri, senator Con Makkeyn, CNN üçün yazdığı məqalədə Rusiyanın Suriyadakı hərbi və siyasi müvəffəqiyyətinin Obama rəhbərliyi üçün Yaxın Şərqdə yeni bir fəlakət, ABŞ üçün isə məğlubiyyət olduğunu bildirib. Makkeyn yazır:
“Bir düşünün. Bir neçə həftə əvvəl ABŞ rəhbərliy Rusiyanı Suriyaya əsgər göndərməməsi üçün xəbərdar etdi. Yenə də Rusiya bunu etdi. Ardından rəhbərlik Rusiyanın Suriya hava məkanına müdaxilə etməsinə mane olmağa çalışdı.Amma bu da müvəffəqiyyətsiz oldu. Barak Obama, iki illik fasilədən sonra Putinlə görüşə razı oldu. Pentaqon rəsmiləri Rusiya ordusu ilə Suriyada qarşıdurma ehtimalını azaltmaq üçün sürətlə danışıqlara başladı. Dövlət katibi Con Kerri təməl prinsiplərdə razılaşdıqlarını ifadə edərək, Rusiyanın hərəkətlərini əməkdaşlıq üçün fürsət olaraq xarakterizə etdi. Yaxşı, Putin necə cavab verdi? Suriyada ABŞ-ın dəstəklədiyi müxalif qrupları bombalamaqla”.
“Rusiya ABŞ-ın nüfuzunu yox edir”
Makkeyn Rusiyanı ABŞ-ın Yaxın Şərqdə qalan nüfuzunu yox etməsinə və özünü bölgədə ən əhəmiyyətli güc halına gətirməsinə də toxunub: “Putin dayandırılmalıdır. Putinin ümid etdiyi kimi Suriyada Rusiyaya qarşı bitərəf qala bilmərik. Vətəndaşları və müxalifətdəki ortaqlarımızı qorumaq üçün hərəkətə keçməliyik”,- deyə Makkeyn bildirib.
“Suriya rəhbərliyini vura bilərik”
ABŞ-ın Suriyada məhdud quru əməliyyatı haqda düşünməsinin lazım olduğunu yazan Makkeyn, yazısına belə davam edir: “Əsəd gücləri Suriyada vətəndaşları bombalamağa davam edərsə, onun hərəkətlərinə ciddi cavab verməliyik. Rusya müxalifətdəki ortaqlarımıza hücum etsə, Suriya rəhbərliyinin əhəmiyyətli nöqtələrini və ya hərbi hədəfləri vuraraq Rusiyanın maraqlarına zərər verə bilərik. Ancaq Rusiyaya cavabımız Suriya ilə məhdudlaşmamalıdır. Rusiyaya qarşı başqa yerlərdə də təzyiq etməliyik. Məsələn Ukraynaya müdafiə məqsədli silahlar və bəzi yardımlar etməliyik”.
azadliq.info