“Doktor qiyamət”dən təhlükəli dollar proqnozu

dollar“Doktor Qiyamət” ləqəbli Mark Faber-ə görə, Dollar, Avro və digər pul vahidləri qarşısında getdikcə daha üstün və güclü bir mövqeyə gələcək.

Dünyanın ən məşhur maliyyə mütəxəssislərindən biri olan və 1987-ci ildə baş verən “qara bazar ertəsini” proqnozlaşdırması ilə ” Doktor Qiyamət” ləqəbini alan Mark Faber, təmkinli və bir az da bədbin ssenarili təhlilləri ilə tanınır.

O, gələcəkdə “Dollar, yoxsa Avro güclü mövqedə qalacaq?” sualına belə cavab verib.

“2010-dan bəri Amerika, Avropa və Yaponiya mərkəzi bankları monetar təşviqə getmişlər. Bu yolla dövriyyəyə əlavə pul “nasoslanaraq” iqtisadiyyatı canladırılmağa çalışıblar. Bu digər valyutaların güclənməsinə yol açdı. Ancaq görürük ki Amerika Mərkəzi Bankı (FED) müəyyən bir müddətdir ki, faiz dərəcələrini qaldırmadı. Burada yaxın bir zamanda dolların yüksəlməsi ilə nəticələnəcək bir faiz artımı gözlənməlidir (dolların çapı azalacaq) Bu olsa, dollar daha da möhkəmlənəcək. Yəni dollar, Avro qarşısında və digər pul vahidləri qarşısında getdikcə daha üstün və güclü bir mövqeyə gələcək. Ancaq uzun perspektivdə hər kəs bilməlidir ki, qızıl, gümüş və platin kimi qiymətli metallar ən güclü investisiya vasitəsi olacaq”,- Mark Faber deyib.

Qeyd edək ki, dolların “evi” olan ABŞ Mərkəzi Bankı Fed-in bu ilin sonunda və ya gələn ilin əvvəlində faizləri artıracağı gözlənilir.

NEFT İQTİSADİYYATLARA TƏSİR ETDİ

Çin iqtisadiyyatının vəziyyəti neft bazarlarına da təsir edib. Neft qiymətləri və iqtisadiyyatı neftə əsaslanan ölkələrin vəziyyəti barədə proqnozlarınız necədir?

Mark Faber: “Hamımızın bildiyi kimi, neft qiymətləri ötən illə müqayisədə 50 faiz düşüb. Təbii ki, neft hasil edən ölkələrin iqtisadiyyatları da bundan dramatik şəkildə təsir gördü. Bəzi ekspertlər neft qiymətlərinin 20 dollar səviyyəsinə enməsini gözlədiklərini ifadə edirlər. Mənim proqnozum 40-60 dollar səviyyəsində olacağı istiqamətindədir”. (marja.az)