“Bunlar bizim varlığımıza qəsd edən əli qanlı terror təşkilatlarıdır”

erdogan-3Türkiyənin Çankır əyalətində Fabrik açılışına qatılan prezident Ərdoğan, terror təşkilatlarına fərqli münasibət bəsləyən qüvvələri ittham edib. O, bu yanaşmaların arxasında hansı niyyətlərin durduğunu bildiklərini vurğulayıb:

“Türkiyə üçün PKK, onun əlaltıları olan PYD, YPG, DHKP ilə İŞİD-in heç bir fərqi yoxdur. Bunların hamısı bizim üçün varlığımıza qəsd edən əli qanlı terror təşkilatlarıdır. “Mənim teröristim yaxşı, sənin terroristin pisdir” anlayışı ən az terrorun özü qədər təhlükəlidir. İŞİD bombaları ilə ölən insandır, PKK-nın bombalarıyla ölən insan deyilmi? Belə bir yanaşma insani deyil. Hadisələrdən dövləti, hökuməti, hətta şəxsimi məsul tutanlar birbaşa terror təşkilatları ilə eyni yanlışı etdiklərini bilməlidirlər. Bu səylərin arxasında nəyin durduğunu yaxşı bilirik”.

azadliq.info