ABŞ prezidenti Barak Obamanın IŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi general Con Allen, Ankarada yaşanan terror hücumuna münasibət bildirib. O, ABŞ və NATO-nun tərəddüdsüz bir şəkildə Türkiyənin yanında olduqlarını açıqlayıb: “Düşüncələrimiz və dualarımız terror hücumdan əziyyət çəkən Türkiyə üçündür”,- deyə general bildirib.
Allen, Türkiyənin bölgədə önəmli bir müttəfiq olduğunu da ifadə edib: “Türkiyə, hava sahəsini ABŞ-a və beynəlxalq koalisiya üzvlərinə açaraq bizə ciddi dəstək oldu. Hava məkanının açılması, IŞİD-ə qarşı əməliyyatların səmərəliliyi baxımından çox əhəmiyyətlidir. Artıq koalisiya qüvvələri 18 dəqiqəyə Suriyanın şimalında ola bilir”.
Allen, Rusiyanın Suriyadakı əməliyyatlarına da toxunub. O, eyni zamanda, Əsədlə vuruşanları ümumilikdə terrorçu kimi qəbul etməyin yanlış olduğunu da bildirib: “Əsedin qarşısında olan hər kəsi terrorist kimi təqdim etmək yanlışdır. Rusiyanın Suriyadakı son hərəkətlərini yalnız İran dəstəkləyir”.
Allen, bu addımların Rusiya üçün yalnız qısa katktiki üstünlük olduğunu bildirib: “Bu addımlar, Rusiyaya yalnız uzağa getməyən taktiki üstünlük qazandıra bilər. Rusiya bölgəyə IŞİD-ə hücum məqsədi ilə girdi, ancaq İŞİD xaric bütün müxalif qruplara zərbələr endirdi”,-deyə Allen bildirib.
azadliq.info