Ərdoğana «diktator şoku» VİDEO

erdogan-fransa-ziyareti-oncesi-havalimaninda1Əcnəbi jurnalistin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana diktatorluqla bağlı sualının videosu yayılıb. Jurnalist Ərdoğana «Xalq sizdən qorxur. Diktator olduğunuzu deyirlər. Buna nə deyərdiniz?» sualını verib.

Ərdoğan da suala cavab olaraq bildirib ki, diktatorun rəhbərlik etdiyi bir ölkədə belə bir sualın verilməsi qeyri-mümkündür: «Diktatorun olduğu bir ölkədə belə sualı verə bilməzsiniz. O ölkənin prezidentinə, baş nazirinə qarşı bu qədər təhqirlərə rast gəlməzsiniz. Türkiyədə sərhədsiz azadlıq var. Həm yazılı, həm elektron KİV-lərdə mənə, həyat yoldaşıma, uşaqlarıma sərhədsiz təhqirlər olur. Biz hər zaman bunları səbirlə qarşılamışıq». (Strateq.az)