“Twitter” Türkiyə hökumətinə “yox” dedi

TwitterAnkarada 97 adamın ölümünə səbəb olan terror hücumunu əvvəldən xəbər verən iki Twitter hesabı ilə bağlı məlumatları Twitter Türkiyəyə verməyib. Twitter, istifadəçilərin şəxsi həyatının məxfiliyini səbəb göstərərək bu şəxslər haqda məlumat verməkdən imtina edib.  Ankara Prokurorluğu Twitterin bu addımına belə reaksiya verib:

“Twitter terrorçuların aşkarlanmasında belə Türkiyəyə kömək etməyəcəksə, məhkəmə prosesinə yardım olmayacaqsa, nə zaman köməkçi olacaq”,- deyə Ankara Prokrorluğunun açıqlamasında bildirilir. Türkiyə hökuməti Twitter bu şəxslər haqda məlumatları verməyəcəyi təqdirdə, şəbəkənin Türkiyədə qadağan olunacağının gündəmə gələcəyini bildirib.

Teröre Twitter karartması

 

azadliq.info