Polis oğruları tapa bilmir VİDEO

polislerBir kibrit qutusunda olan maddənin kimin cibində olduğunu  bilirlər, amma….

Şamaxı rayon Göylər kənd sakini İsmayılov Aqil  başına gələnləri qəzetimiz vasitəsi ilə ölkə başçısına və aidiyyatı orqanlara çatdırmaq niyyəti ilə redaksiyamıza təşrif buyurmuşdu.  Qonağımız söhbətə belə başladı: “ 2001-ci ildən fermer təsərrüfatı ilə məşğuldur.Dövlət və özəl banklardan götürdüyü kreditlər hesabına  təsərrüfatını xeyli artırıb. Bu il də ölkə başçısı Kənd Təsərrüfatı ili elan edib, bundan ruhlanaraq zəhmətimizi daha da artırmışıq. Xeyli cətinliklərə sinə gərmişik. Lakin öğruların  və onların himayədarlarının fəaliyyəti nəticəsində çətin vəziyyətlə üzləşmişik. Bu il sentyabrın 7-dən 8-nə keçən gecə 14 baş iribuynuzlu mal-qaram oğurlanıb. Polisə, aidiyyatı  orqanlara  eləcə də, Respublikanın  Baş Prokrorluğuna,  Daxili İşlər Nazirliyinə  müraciət etmişəm. Amma hec bir nəticəsi yoxdur. Oğrular da  öz keflərindədir.”

Polisdən şikayətinizə nə cavab verildiyini soruşduqda ona hadisəni oğurluq kimi yox itki kimi qeydə aldıqlarını bildirdi: “ Bu necə itkidir ki, hər yerdə gözəgəlimli, damazlıq heyvanlar var, onlar yoxa çıxıb, hətta içərisində balası olan heyvanlar da var. Halbuki,  bu heyvanlar balalarına  görə heç yerə getməzlər. Burda itkidən söhbət gedə bilməz.”

Özlərinin konkret şübhələndiyi adamlar olmasa da , şikayətçi keşikçilərin bu məsələdən xəbərdar ola biləcəyini güman edir. Şamaxı Rayon Polisində  faktla bağlı cinayət işi açılsa da, yalnız özünün ailə üzvlərindən ifadə almaqla kifayətləndiklərini deyir: “ Guya mənim oğurlanmış heyvanlarımı axtarırlar, belə çıxır  bu işdə ya səriştəsizdirlər , ya da  maraqsız.  Belə olmasaydı bir kibrit qutusunda olan maddənin kimin cibində olduğunu  bilirlər, amma 14 baş iribuynuzlu malqaranın kimin sexində olduğu tapa bilmirlər.

Ümidim Xöşqədəm Hidayətqızının verlişinə idi, deyirdim bəlkə, o, tapa bilə. Onun da verlişini bağladılar. Axırda deyəcəklər heç mənim heyvanım olmayıb.”

Sonda  Aqil İsmayılov dərdini şeirlə bildirdi, həmin şeirdən bir parçanı oxucularımıza da dəqdim edirik:

Zəhmətimiz talan olub, vallahi,

Bu dərd bizə qalan olub , vallahi.
Molla, polis yalan olub , vallahi,

Baş götürüb biz qəzetə gəlmişik.

 

Azad gəzir, köçündədir oğrumuz,

Haram yığır biçindədir oğrumuz.

Bəlkə kəndin içindədir oğrumuz,

Baş götürüb biz qəzetə gəlmişik.

 

Təzəxan