Ankara terrorunda ölənlərin sayı 97-ə çatdı

ankara-partlayish1Ankarada oktyabrın 10-da törədilən terror nəticəsində ölənlərin sayı 97-ə çatıb. Bu barədə Nazirlər Kabineti yanında yaradılmış Koordinasiya Mərkəzi məlumat yayıb. Məlumatda deyilir ki, ölənlər arasında bir nəfər fələstinli də var. Həyatını itirənlərdən 92 nəfərin kimliyi müəyyən edilib və 91-nin nəşi ailələrinə verilib.

Koordinasiya Mərkəzi terroru törədən kamikadzelərdən birinin qadın olması haqda bundan əvvəl yayılmış məlumatları da təkzib edib. Mərkəzin açıqlamasında deyilir ki, kamikadzenin ikisi də kişidir və onların kimliklərini müəyyən etmək üçün çalışmalar davam edir.