Papa Ankaradakı terror qurbanlarına dua etdi

roma-papasi-frensisKatoliklerin dini lideri Papa Frensis Bazar Ayini-nə qatılanlarla birlikdə oktyabrın 10-da Ankarada törədilən terrorda həyatını itirənlər üçün dua edib. “Reuters”in yaydığı xəbərə görə, Roma Papası ənənəvi həftləik duadan sonra Ankaradakı terror barədə danışıb. “Dünən böyük bir kədərlə Ankarada, Türkiyədə meydana gələn qorxunc qətliam xəbərini aldıq. Bu partlayışda ölən müdafiəsiz insanlar üçün dərin üzüntü duyuram”, – deyə Papa Frensis bildirib.

Roma Papası meydana toplaşanlardan Ankaradakı qurbanlar üçün sakitcə dua etməyi istəyib. “Kədərliyik. Çünki hücum edənlər barış üçün nümayiş keçirən insanları vurdu. O sevgili ölkə üçün dua edirəm”, – deyə Frensis meydana toplaşanlara səslənib.

Yeri gəlmişkən, Vatikan Ankaradakı terror görə Papa adından Türkiyənin prezidenti Ərdoğana başsağlığı teleqramı da göndərib.

azadliq.info