Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. Obama Ərdoğana telefon açaraq Ankarada çoxsaylı insan ölümü ilə nəticələnən terror aktını şiddətlə qınadığını, terrorla mübarizə mövzusunda Türkiyənin yanında yer almaqda davam edəcəklərini bildirib. Terrorda həyatını itirənlər üçün başsağlığı, yaralılar üçün şəfa diləyən Obama Türkiyənin acısını paylaşdıqlarını ifadə edib. Prezidentlər qarşıdakı günlərdə mövzunu daha geniş müzakirə etməklə bağlı da razlığa gəliblər.

Obama Ərdoğana başsağlığı verdi
•