Lukaşenko Qərbin tələblərini yerinə yetirdiyini etiraf etdi

lukasenkoBelarus prezidenti Aleksandr Lukaşenko bu gün keçirilən seçkilərin Qərblə münasibətləri yaxşılaşdırmağa xidmət edə biləcəyini deyib. Onun sözlərinə görə, Qərbin Belarusda seçki ərəfəsində görmək istədikləri yerinə yetirilib.
Lukaşenko qeyd edib ki, Qərb Belarusla münasibətləri qurmaq istəyir və buna heç nə mane olmayacaq.
Belarus dövlət başçısı ölkəsinin digər ölkəyə hücum meydançası olmayacağını da deyib.

azadlıq.info