Suriyada iranlı general öldürüldü

iran-hucumİranın “İslam İnqilabı Mühafizəkarları Korpusu”nun Generalı Hüseyn Həmədaninin Suriyanın Hələb şəhərində öldürüldüyü bildirilir.
Bu haqda İran dövlət televiziyası məlumat yayıb. Məlumata görə, Həmədani Suriya ordusunda məsləhətçi vəzifəsində çalışırmış.
İran televeziyası General Həmədaninin 1980-88-ci illərdəki İran-İraq müharibəsində əhəmiyyətli rol oynadığı haqda da məlumat yayıb.

 

azadliq.info