Yarım milyona yaxın miqrant Avropadan qovulacaq

miqrant«Times» qəzeti Avropa Birliyinin deportasiya planını ifşa etdi

2015-ci ilin ilk 6 ayında Avropa Birliyi (AB) ölkələrinə gedən 400 min qaçqının teleyi ilə bağlı ciddi təhlükə var.

Britaniyanın “Times” qəzeti Avropanın bu sayda miqrantı deportasiya etməyə hazırlaşdığı barədə məlumat yayıb:ÿ “400 min qaçqına sığınacaq verilməyəcək və onlar Avropadan deportasiya olunacaqlar”.

“Times” AB-nin bu gizli planı barədə hökumətdəki mənbələrdən məlumat aldığını bildirib.

Qəzet yazır ki, ilkin mərhələdə Afrika ölkələrindən gələn qaçqınlar göndəriləcək.ÿƏgər ölkələri onları qəbul etməkdən imtina edərsə, Avropa Birliyi cəza tədbirlərinə başlayacaq. Və həmin ölkələrlə ticari anlaşmalara və onlara ayrılanÿyardımlaraÿson veriləcək.

AB ölkələrinin daxili işlər nazirlərinin bu gün bir araya gələrək bu planı müzakirə edəcəyi bildirilir.

Qeyd edək ki, bu il Avropaya gələn miqrantların sayının 630 min olduğu bildirilir.