Rusiya dinc sakinlərin yaşadığı əraziləri hədəf aldı

suriya-turkiye-bombalamaRus ordusuna aid döyüş təyyarələri İdlib şəhərinin cənubunda yerləşən Maasaran əyalətində dinc sakinlərin məskunlaşdığı əraziləri bombardıman edib. Hücumda 6 dinc sakin ölüb, bəziləri ağır olmaqla, 12 nəfər isə yaralanıb. Yerli mənbələrin verdiyi məlumata görə, dinc sakinlərin və sivil müxalifətin məskunlaşdığı başqa şəhərlər də Rusiyanın hava zərbələrinə məruz qalıb.

 

azadliq.info