Bakıda daha bir dəhşətli intihar: evinin sökülməsinə etiraz edən sakin özünü yandırdı

ozunu-yandirdi-damdaBakının Rəsulzadə qəsəbəsində dəhşətli intihar hadisəsi baş verib. Qəsəbə sakini Ələkbər Məmmədov üzərinə benzin tökərək özünü yandırıb. Bu yolla o, evinin sökülməsinə etiraz edib. Ə.Məmmədov qonşuların köməkliyi ilə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümknü olmayıb. Ə.Məmmədov xəstəxanada dünyasını dəyişib.

Hadisə barədə Binəqədi rayon Polis İdarəsinə istinadla APA məlumat yayıb.

Məlumata görə, məhkəmə Ə.Məmmədovun yaşadığı evin qanunsuz tikili olması və evin boşaldılması barədə qərar çıxarıb. Oktyabrın 7-də məhkəmə icraçıları Ə.Məmmədovun evinə gələrək qərarın icrasını tələb ediblər. Ə.Məmmədov da buna etiraz edərək evin damında özünü yandırıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, istintaq gedir.