PKK yenidən məktəblərə basqın etdi

pkkTürkiyədə terroçular yenidən məktəblərə basqın edib. PKK terrorçuları Şırnakın Silopi mahalında 5 məktəbdən 20-dən artıq müəllimi siniflərdən zorla çıxararaq özləri ilə aparmağa nail olublar.

Verilən məlumata görə, terroristlər 20-dən artıq müəllimi dərs dedikləri məktəblərdən şagirdlərinin qarşısında zorla sinifdən çıxararaq, özləri ilə aparıblar. Lakin PKK mənsubları, məktəblərdən uzaqlaşdıqdan bir müddət sonra müəllimləri sərbəst buraxıblar.

azadliq.info