naxcivan04

Naxçıvanda adamları borca görə tuturlar

naxcivan04Banka borcu olanları polis saxlayıb

Tanınmış hüquqşünas Qurban Məmmədov özünün facebook səhifəsində Naxcıvan Muxtar Respublikasında rastlaşdığı olayla bağlı qısa status paylaşıb: “Dünən Naxçıvanda idim. Payız kəndində iki qohumumu həbs edib Babək polisində saxlayırlar. Səbəbi maraqlıdır: hansısa banka borcları var. Deyəsən, Mülki Məcəllə ləğv edilib, gizlədirlər.”

Məsələ ilə bağlı Qurban Məmmədovla əlaqə saxladıq. O, faktı təsdiq etdi. Babək rayonunun Polis Şöbəsində saxlanılan hər iki şəxsin onun yaxın qohumu olduğunu qeyd etdi. “Mən anlaya bilmirəm polis nə zamandan belə işlərlə məşğul olmağa başlayıb? Kiminsə bank qarşısında öhdəliyi ola bilər. Mubahisə yarananda bu məsələ Mülki Məcəlləyə görə məhkəmə yolu ilə həll olunmalıdır”, – deyə vəkil öz təəccübünü bildirdi.