Mirkazım Kazımov da Həccə gedib?!

zumrud-yagmur-yeniTanınmış yazar Zümrüd Yağmur “Azadlıq” qəzetinin 70 min manat pulunu mənisəyənləri utandırdı. O, özünün Facebook səhisində yazır:

“Azadıq” qəzetinin 70 min manat pulunu verməyən “Qasid” firmasının rəhbəri Mirkazım Kazımov və onun köməkçisi Ağəli İsmayılov övladlarını haram pulla bəsləməyi onlara rəva görürsə, mən övladalarımın haqqını yeyənləri lənətləməyi özümə haqq olaraq tanıyıram.

Hətta səviyyəm imkan versəydi, acıq şəkildə qınadığım Fatmanisələrin yolunu tutub onlara bir qarğış da edərdim. Onlar bunu, daha artığını haqq edir, amma özümə rəva görmürəm… Qarşındakının kimliyinə görə kimlik müəyyən etməli olsaq, insanın mənliyindən bir şey qalmaz…

Ancaq içimdəki ahı tuta bilmirəm və istəmirəm də…

“Azadlıq” qəzetinin 70 min manatının olmasına rəğmən mən yazdığım köşəyə görə bir qəpik də olsun pul ala bilmirəm. Mirkazım Kazımov və Ağəli İsmayilov “Azadlıq” qəzetində işləyənlərin, köşə yazan yazarların pulunu öğurlayıb övladlarına haram yedirir. Və mənim övladlarımın ruzisini oğurlayıb öz övladlarına yedirənlərin haqq etdiyi ahı içimdən dəf edə bilmirəm.

Deyirlər kiminsə ahını almaq yaxşı deyil… Heç bu haqda çox düşünməmişəm doğrusu.. Ah tutarmı, tutmazmı?
Bu Allahın işi..

Onun işinə qarışmıram…

Amma bax bu adı çəkilən iki nəfərin işinə qarışmağa haqqım var və bu haqqı mənə onlar verib.

Oğurluq etməklə…

Üzümü tutub bu iki şəxsə deyirəm. İndi yəqin dindirsək haqdan, Allahdan, ədalətdən danışıb hələ böyük sözlərinizi daha da gücləndirmək üçün Quranda ayələr də sitat gətirərsiniz. Belə olar əlbət… Amma “Azadlıq” qəzetində işləyən insanların haqqını, övladlarınızın ruzisini oğurlayırsınız.

Heç yəqin ki, buna görə vicdan əzabı da çəkmirsiniz, ya da bəlkə mən böyük mənalar yükləyirəm?! Heç sizin haram, halal anlayışınız da yoxdur!?

Bəlkə bizi adam saymırısnız heç?

Niyə, bəlkə siz bizdən, övladlarınız da bizim övladlarımızdan artıqdır?
Bəlkə sizi bizi yaradan Allah da yaratmayıb?
Təbii, sizi bu iqtidarın büt-Allahları yaradıb…
Ya da haram yemək ağıl gösrəcisidır?
Ah, bəlkə oğurluq etməyin belə açıq forması fərasət, cəsarət sayılır?
Mirkazım Kazımov adının əvvəllinə o “Mir” sözün qoymaqla deyəsən bəyan edir ki, seyid-peyğəmbər övladıdır? Bəlkə o da on, on beş dəfə Həccə gedib?
Hansı pulla..

“Azadlıq”dan oğurladığı pulların hesabına?

İndi bir az dərinə getsək, bu iki şəxsin öz iradəsi ilə deyil, “yuxarı”dan tapşırıqla “Azadlıq”ın pulunu oğurlaması ortaya çıxar.

Hətta bu ikili boynunu da büküb deyər ki, axı biz kimik, balaca adamlarıq, nə edə bilərik, “yuxarı”dan deyirlər vermə, biz də vermirik.

Yaxşı, indi nə edək, siz balaca adamlarsınız, böyük olmağa gücünüz, cəsarətiniz çatmır deyə, bizə böyüklük taslayıb haqqımızı yeməlisiniz?!

Haqqını yediyiniz insanların ahının siz tutacağından qorxmursunuz, bəs onların övladlarının ahından necə, bir gün o ahın sizin övladlarınıza qayıdacağındanmı da qorxmursunuz?
Yəni bir valideyin öz övladına bu qədər necə düşmən kəsilə bilər!?