Əminə Ərdoğan Brüsseldə mağaza bağlatdırdı VİDEO

emine-erdogan-brussel-magazaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Belçika səfərində müşaiyət edən xanımı Əminə Ərdoğan Brüsseldə bazarlıq etmək üçün getdiyi mağazanı bağlatması ilə gündəmə gəlib.

Əminə Ərdoğan bazarlığı Brüsselin məşhur Luis meydanındakı mağazalardan birində edib. Bu zaman onun mühafizəçiləri mağazanın önünü kəsib, küçədə isə mühafizə xismətinə məxsus bir neçə maşın sıralanıb. Bütün bu mənzərəni isə həmin vaxt oradan keçən belçikalılardan biri lentə alıb və sosial mediada yayıb.

“Budur, Türkiyə prezidentinin xanımının Brüsseldə etdiyi… Nəqliyyatın hərəkətini dayandırdı… Məncə, dükanlara da giriş yox…”, – deyə çəkiliş aparanın videoda etirazı eşidilir.

Görüntülərdə oradan keçənlərin baş verənləri heyrlətlə izlədiyi hiss olunur.

azadliq.info