İŞİD-in Qafqaz özəyindən Rusiyaya qarşı müharibə çağırışı

isid1Rusiya Suriyada Bəşər Əsəd rejimini dəstəkləmək məqsədilə bu ölkədə hərbi əməliyyatlara başlayıb. Rəsmi Moskva artıq rəsmi şəkildə “Iraq-Şam Islam Dövləti” (IŞID) adlı qruplaşmaya müharibə elan edib. Putinin bu addımı illərdir Suriyada davam edən müharibənin Rusiya ərazisinə keçməsi riskini artırır.

Şimali Qafqazda məskunlaşan və özünü IŞID-in bir hissəsi elan edən “Qafqaz Vilayəti” təşkilatının döyüşçüləri bu yaxınlarda bütün müsəlmanları onlara qoşularaq, Rusiyaya qarşı vuruşmağa çağırıb. Onlar bildiriblər ki, Rusiyaya qarşı vuruşmaq məqsədilə IŞID-ə qoşulmaq üçün Suriya və Yaxın Şərqə getməyə ehtiyac yoxdur.

Yaxın Şərqdə radikal islam təşkilatlarının sıralarında Rusiya və digər MDB dövlətlərindən 2000 nəfərdən çox adamın vuruşduğu bildirilir. Rəsmi Moskvanın Suriya konfliktinə müdaxiləsindən sonra onların da Rusiya ərazisində silahlı terror cavabı planlaşdırmağa başlayacağı istisna olunmur. Ancaq artan təhlükə təkcə bununla bitmir.

İnformasiya şöbəsi