Bzejinski Rusiyaya qarşı sərt tədbirlərə çağırdı

bzejinskiABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Zbiqnev Bzejinski hesab edir ki, Rusiya hərbçiləri ABŞ-ı təxribata çəksələr, onları tərksilah etmək olar.

Financial Times qəzetində yazdığı məqalədə Bzejinski qeyd edib ki, Rusiya Suriyada ABŞ-ın resurslarına hücumları dayandırmasa, Vaşinqton cavab tədbirləri ilə hədələməlidir.

Bzejinskinin sözlərinə görə, əgər ortaya ABŞ-ın Yaxın Şərqdəki inamı, həmçinin regionun taleyi qoyulubsa, artıq “strateji cəsarət” nümayiş etdirmək lazımdır.

Fizzə