«İlanı ətəyimə atanda az qaldı qorxudan dəli olum»
Modern.az saytının “Kadrarxası” layihəsinin bu dəfəki qonağı “Ağca qız” kimi məşhurlaşan aktrisa Leyli Axundovadır. Onunla birlikdə uşaqlar üçün nəzərdə tutulan ibarətamiz ekran əsərlərindən biri olan “Qaraca qız” filminin çəkiliş proseslərindən, yadda qalan kadrlarından bəhs edirik.
Arayış: Leyli Axundova 1959-cu ildə Bakıda ziyalı ailəsində dünyaya gəlib. Gəlişi ilə bir ailənin 9 illik övlad həsrətinə son qoyan Leyli ata-anasının sevimlisinə çevrilir, hər cür qayğı və sevgi ilə əhatələnir. Atası Ismət Axundov tanınmış rəssam, anası Ləman xanım isə kimyaçı idi. Buna baxmayaraq Ləman xanım ixtisası üzrə çalışmayıb, evdar xanım olub. L.Axundova Bakıdakı 134 saylı məktəbdə orta təhsil aldıqdan sonra Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun fortepiano sinfinə daxil olub. Daha sonra Moskvada Xalq Incəsənət Universitetinin Rəssamlıq fakültəsini bitirib. Uzun illər paytaxtdakı 23 nömrəli musiqi məktəbində dərs deyib. Hazırda Bakı Xoreoqrafiya Akademiyasında fortepiano müəllimidir. Iki övladı, iki nəvəsi var.
1966-cı ildə Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılanÿ”Qaraca qız” filmiÿxeyrixah əməlli Tutunun acı taleyindən bəhs edir. Ekran əsərində həyatda yenicə addımlamağa başlayan uşaqlara dostluq, birgəlik, xeyrixahlıq aşılanır. Tutunun timsalında kasıb, kimsəsiz birinin dost yolunda canından keçməsi çox ibrətamizdir. Böyüklərin özündənrazılığı, kasıba-kimsəsizə aşağı təbəqə nümayəndəsi kimi üstdən-aşağı baxması qarşılığında Tutu, bəy qızı Xədicəni öz canı, həyatı bahasına xilas edir. Dostunu ölümün pəncəsindən qurtarıb, öz gözlərini əbədi olaraq yumur”.
Filmin ssenari müəllifləri Iosif Prut və Şamil Mahmudbəyov, quruluşçu rejissoru Şamil Mahmudbəyov, quruluşçu operatoru Arif Nərimanbəyov, quruluşçu rəssam; Nadir Zeynalov, bəstəkar; Rauf Hacıyev, filmin direktoru Bəşir Quliyevdir.
Rollarda Sevil Babayeva, Leyli Axundova, Şəfiqə Məmmədova, Raisa Udovikova, Cabbar Əliyev, Fəttah Fətullayev, Mirzə Babayev, Firəngiz Şərifova və başqaları çəkilib. Film aktrisa Şəfiqə Məmmədovanın kinoda ilk işidir.
Sahil bağından başlanan şöhrət…
Filmin Xədicəsi deyir ki, bu filmdə çəkilməsi tam təsadüf nəticəsində baş verib.
Leyli Axundova:ÿ”Günlərin bir günü, dərsdən sonra valideynlərimlə birlikdə “Sahil bağı”nda istirahət edirdik. Bir nəfər atama yaxınlaşıb dedi ki, bu uşaq bəy qızına oxşayır. Film çəkməyə hazırlaşdığını bildirən şəxs, elə bağdaca atama təkliflə müraciət etdi: “Gəlin sınaq çəkilişinə, bu uşağı filmə çəkək”.ÿ
Sonradan bildim ki, bu şəxs “Qaraca qız” filminin quruluşçu rejissoru Şamil Mahmudbəyovun köməkçisi Rəşid müəllim imiş.ÿHəmin vaxt yanımızada qələm, vərəq yox idi. Rəşid müəllim cibindən çıxardığı kibrit qutusunun üstünə ev nömrəmizi yazsa da, sonradan nömrəni itirib.ÿ
Aradan bir neçə gün keçdi.ÿTəsadüfdən televizoru açanda diktorlar Roza xanım və Natəvan xanımdan belə bir elan eşitdik: “Qaraca qız” filmində Xədicə roluna çəkilmək üçün seçilmiş qızın ev telefonu yazılan kağız itdiyi üçün valideynlərindən kinostudiyaya gəlməsini xahiş edirik”. O vaxt kinostudiya Hökumət evinin yaxınlığında yerləşirdi. Atam bu elanı eşitsə də, əhəmiyyət vermədi, çünki, mənim filmə çəkilməyim qətiyyən ürəyincə deyildi. Yay fəsli olduğundan biz ailəliklə istirahət üçün Kislovodskiyə getdik…”.
“Qəfil teleqramla atam məni Bakıya qaytardı”
“Qaraca qız”da sanki öz həyatını oynadığını söyləyən aktrisa bu filmdən sonra Moskvanın, Ukraynanın bir çox kinostudiyalarından saysız-hesabsız təkliflər alsa da, atası razılıq vermədiyindən bu, onun kinoda ilk və son işi olur.
Leyli Axundova: “Kislovodskidə bir müddət keçəndən sonra atam dayım Ramizdən təxminən belə məzmunlu teleqram aldı: ”Çox xahiş etdilər ki, sən Leylini də götürüb Bakıya dönəsən…”.
Sən demə, rejissor köməkçisi telefon nömrəmizi itirsə də, əlaqə yarada bilib. Bu məqamda ona atamın rəssam olduğunu bilməsi kömək olub.
Mədəniyyət Nazirliyi adından atama məktub göndərilmişdi. Məktubda artıq çəkilişlərə başlanıldığı bildirilirdi. Təkidlə məni çəkilişlərə çağırırdılar. Biz istirahətimizi yarımçıq qoyub Bakıya qayıtdıq. Atam könülsüz olsa da, məni kinostudiyaya apardı. Şamil müəllim məni görüb çox sevindi. Mən ondan soruşdum ki, şeir də deməliyəm? O, “yox, sən əsl bəy qızı Xədicəsən, əlavə heç nəyə ehtiyac yoxdur” deyərək sevincini gizlətmədi. Beləcə filmə çəkildim”.
Leyli xanım deyir ki, filmin çəkilişləri 1966-cı ilin avqust ayının sonunda başlayıb və növbəti ilin mayında tamamlanıb. Özü də bu filmə görə “Ağca xanım” “Tutu”dan çox qonorar alıb. Buna səbəb Tutu rolunu iki qızın oynaması olub:
“Yadınızdadırsa filmdə Tutunun həm balaca, həm də bir az böyümüş vaxtı var. Ona görə də verilən qonorar iki nəfər arasında bölünmüşdü. Mən bu filmə görə 1860 sovet rublu almışdım.
Həmin vaxt 2-ci sinifdə oxuyurdum. Məktəblə bir yerdə filmə çəkilmək çox çətin idi. Çox yorulurdum. Elə vaxt olurdu ki, çəkilişlər axşam saat 11-də bitirdi. Inanın mən “lunatik” kimi gəzirdim. Çəkilişlərə valideynlərimlə birlikdə gedirdim. Çəkilişlər Şamaxının Çuxuryurd kəndində, Mərdəkanda, Şüvəlanda, Zığda lentə alınıb. Xədicəgilin evi Mərdəkandakı “Yaşıl bağ” sanatoriyasında ekranlaşdırılıb”.
“Tərəf müqabilim Sevilin ”ölüm” xəbərindən sarsıldım”
Qəribə olsa da, Şamil Mahmudbəyov filmə son kadrı çəkməklə start verir. Rejissor bəlkə bununla əsas yükü azaltmış olduğunu hesab edir. Lakin 8 yaşlı Leyli məhz bu kadrın çəkilişi zamanı ÿaldığı xəbərdən böyük stress keçirir.
Leyli Axundova: “Məsələ burasındadır ki, filmi axırıncı kadrdan çəkməyə başladılar. Mən Sevillə ÿ- ”Qaraca qız”la birlikdə rəqs etməyə gedəcəkdim. Amma nədənsə 3-4 gün Sevili görmədim. Onun xəstə olduğunu dedilər. Daha sonra məni təpədəki qəbrin yanına gətirdilər. Piri baba da orda idi. Qəbri göstərib “Sevil (Tutu) ölüb” dedilər. Bu xəbərə o qədər ağladım ki, məni sakitləşdirə bilmirdilər. Hətta bütün qrup ağlayırdı. Birdən mənə dedilər ki, bunlar film üçündür. Demək mənə “Sevil ölüb” deyəndən çəkilişlərə start verilibmiş. Inanın bu xəbər 8 yaşında uşağa çox böyük zərbə idi.
Anam xasiyyətimə bələd olduğundan, ərköyünlüyüm və şıltaqlığım nəticəsində məni elə-belə ağlatmaq mümkün olmayacağını deyəndə, belə bir fənd düşünmüşdülər.
Həmin kadr çəkildikdən sonra Tutunu ortaya çıxartdılarÿ və filmin təbii alınması üçün belə etdiklərini dedilər. Bu aldatmadan bərk incidim, hətta küsdüm, bir neçə gün çəkilişə getmədim. Mənim barışmağım üçün çox dilə tutdular. Axırda hər şeyin film üçün olduğuna inandıqdan sonra biz barışdıq”.
Müsahibimiz qorxaraq çəkildiyi daha bir səhnəni xatırlayır:
“Bir də ən çox qorxduğum səhnə ilanla bağlı olan idi. Məsələ burasındadır ki, donumun ətəyinə həqiqi ilan atmışdılar. Baxmayaraq ki, mənə ilanın zəhərli olmadığını, dişləməyəcəyini demişdilər, amma mən çox qorxurdum, dəhşətli dərəcədə!
Çəkiliş qrupu, aktyor heyəti mehriban idi. Hamı bir-birini çox gözəl anlayırdı. Böyüklər bizimlə yaxşı münasibətdə idi. Nəyisə düz etməyəndə Şamil müəllim, də Arif müəllim bir dəfə də olsun bizə qışqırmırdılar. Səslərini qaldırmadan başa salırdılar. Tərəf müqabilim, anam rolunu oynayan Şəfiqə Məmmədova Sevili də, məni də çox istəyirdi. Məsləhətə gəldikdə isə Şamil və Arif müəllimdən başqa heç kim bizim işə qarışmırdı. Nəzərə alaq ki, bu film Şəfiqə xanımın ilk işi idi. Həm də Şamil müəllim və Arif müəllim olan yerdə heç kim göstəriş verə bilməzdi.
Tamaşaçıların filmə münasibəti çox müsbət oldu. Filmin ilk premyeraları “Nizami” və “Vətən” kinoteatrlarında oldu. Həmin gün mənim sevincimin hədd-hüdudu yox idi. Amma “Vətən” kinoteatrında keçirilən premyerada çox ağladım. Filmin nümayişi başa çatandan sonra məndən əvvəlki sırada əyləşən bir uşaq ekran əsərindəki “Ağca qız”ı – Xədicəni nəzərdə tutaraq dedi ki, “o ifritəyə görə ”Qaraca qız” öldü”. Özümü anamın qucağına ataraq ağlamağa başladım.ÿ
“Axı, mən pis deyiləm” dedim. Anam məni sakitləşdirərək dedi ki, “o səni demir, kinodakı Xədicəni deyir”.