İlqar Məmmədova telefon qadağası

ilqar_mRespublikaçı Alternativ” (REAL) Hərəkatının sədri İlqar Məmmədovun hazırda saxlanıldığı 2 saylı cəzaçəkmə müəssisəsində həftədə iki dəfə telefonla əlaqə saxlamaq hüququ artıq bir aya yaxındır ki, pozulur. Bu barədə REAL Hərəkatının yaydığı açıqlamada bildirilir.

Qeyd olunur ki, ötən həftə Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı, eləcə Avropa Şurasının Bakı nümayəndəliyinin rəhbəri cəzaçəkmə müəssisəsində İlqar Məmmədovla görüşüb, onun vəziyyəti, saxlanma şəraitilə maraqlanıblar.

Baxmayaraq ki, İlqar Məmmədovun telefonla əlaqə saxlamaq hüququ bir aya yaxındır pozulur, cəzaçəkmə müəssisəsinin Penitensiar Xidmətin rəhbərliyi beynəlxalq qurumlara israrla doğru olmayan məlumat verib. Bildirilib ki, İlqar Məmmədovun telefondan istifadəetmə hüququ məhdudlaşdırılmayıb.

İlqar Məmmədovun ailəsi yaxınları ilə telefonla əlaqə saxlama hüququ hələ bərpa olunmayıb. REAL Hərəkatı olaraq İlqar Məmmədovun pozulmuş hüququnun bərpa olunmasını Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra olunmasını tələb edirik“, – deyə REALın açıqlamasında bildirilir.