“Rusiya çox ciddi yanlış içindədir” – Ərdoğandan sərt mesajlar

erdogan-fransa-ziyareti-oncesi-havalimaninda1Suriyada dövlət terroru əsdirən bir Əsəd var və nə yazıq ki, bu adamı Rusiya və İran müdafiə edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya səfərindən öncə Atatürk hava limanında Rusiyanın ünvanına sərt mesajlar səsləndirib. Rusiyanın Suriyada həyata keçirdiyi hava zərbələrinə münasibət bildirən Ərdoğan bu əməliyyatların Türkiyə üçün qəbul edilə bilən tərəfinin olmadığını deyib. “Rusiya çox ciddi yanlış içindədir. Onun atdığı addım bu bölgədə özünü təcridə aparcaq addımdır” – deyə Ərdoğan qeyd edib.

Türkiyə prezidenti bildirib ki, mövqeyini rusiyalı həmkarı Putinə də çatdırıb.

Ərdoğan Putinin BMT-də PKK-nı İŞİD-ə qarşı vuruşan iki qüvvədən biri kimi təqdim etməsini də yanlışlıq adlandırıb.

“Kürdlər İŞİD-ə qarşı savaşır ifadəsi zaman zaman qulağımıza gəlir. Bu, çox yanlış fikirdir. Hazırda İŞİD-ə qarşı öz torpaqlarını qorumaq mücadiləsi verənlər kimi, biz də mübarizə aparırıq, aparmağa davam edəcəyik. Çünki İŞİD terror təşkilatıdır. Başqa bir terror təşkilatının digər terror təşkilatına qarşı vuruşmasını «Bunlar yaxşı terrorçudur» anlayışı ilə qiymətləndirmək isə ədalətli deyil.

Suriyada dövlət terroru əsdirən bir Əsəd var və nə yazıq ki, bu adamı Rusiya və İran müdafiə edir. Bunları dediyim üçün narahat olanlar da var. Kimi müdafiə edirlər? Rejimi. Rejimlə işbirliyi edən ölkələr tarixə bunun hesabını verəcəklər”, – deyə Ərdoğan vurğulayıb.

azadliq.info