“Qəbələ” məğlub oldu

qebele emblemAvropa Liqasının qrup mərhələsində II turun oyunları çərçivəsində təmsilçilərimizdən “Qəbələ” növbəti sınağına çıxdı. Roman Qriqorçukun komandası səfərdə Rusiyanın “Krasnodar” klubu ilə üz-üzə gəlib.

Ardıcıl 6 avrokubok matçında uduzmayan “Qəbələ” uğurlu seriyanı davam etdirməyə çalışsa da, bunu bacarmadı.

“Kuban” stadionunda keçirilən oyun meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatdı.

“Krasnodar” (Rusiya) – “Qəbələ” (Azərbaycan) – 2:1
Qollar: Vanderson, 8 (1:0), Dodo, 51 (1:1), Smolov, 84 (2:1)