Rusiya Suriyada “İŞİD”i vurmayıb. Bunu ABŞ-ın müdafiə naziri Eşton Karter Rusiyanın Suriyada “İŞİD” hədəflərini vurması barədə xəbərlərə münasibət bildirərkən deyib.
Pentaqonda təşkil etdiyi mətbuat konfransında bir jurnalistin “hava hücumlarının “İŞİD” terrorçularının olmadığı bir bölgədə təşkil edildiyinimi düşünürsünüz?” sualına Eşton Karter belə cavab verib: “Rusiya “İŞİD” hədəflərinə heç bir zərbə endirməyib. Zərbə endirilən ərazilərdə ümumiyyətlə “İŞİD” hədəfləri olmayıb. Məlumatı dəqiqləşdirərkən diqqətli olmaq istəyirəm, amma belə görünür ki, hava hücumları “İŞİD” terrorçularının olmadığı bir bölgədə təşkil edilib”.