Cəmil Həsənli Norveçin səfiri ilə görüşdü

cemil-hesenli-itv1Milli Şuranın sədri, professor Cəmil Həsənli bu gün Norveç Krallığının Azərbaycandakı səfiri Baard İvar Svendsenlə görüşüb. Qurumn mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Azərbaycan Norveç münasibətlərinin tarixi, onun inkişaf istiqamətləri və hazırkı durumu müzakirə edilib. Müzakirələrin gedişində Milli Şuranın sədri, professor Cəmil Həsənli səfir Svendsenə qurum haqqında qısa məlumat verib və ölkədəki vəziyyət müazakirə edilib. Söhbətin gedişində, siyasi məhbuslarla bağlı məsələlər, parlament seçkilərinə münasibət və demokratiya qruçuluğu məsələləri diqqət mərkəzində olub. Leyla Yunus və digər siyasi məhbusların hüquqlarının müdafiə komitəsinin rəhbəri kimi Cəmil Həsənli, siyasi zəmində olan məhkəmə proseslərini diqqət mərkəzində saxladığı üçün Norveçin ökəmizdəki səfirliyinə öz təşəkkürünü bildirib. Görüşdə, səfirliyin birinci katibi Marko Soldiç də iştirak edib.