Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü
Kolumb Amerikaya çatdı. Qəflət yuxusunda olanlar ayılmağa başladıar ki, vay dədə vay, seçkilər saxtalaşdırılacaq.
Azər Həsrət, “məni bağışlayın, ümidlərinizi doğrulda bilmədim” deyib çəkilir kənara. Amma, kimin ümidini, nə vaxt doğrulda bilmədin? Hələ heç seçkilər başlamayıb ki.
Hacı Rauf Arifoğlu uzun müddət idrak edib Heydər Əliyevin qiymətini verə bilməyib. Təzəcə ağıllanmağa başlamışdı ki, pəjmürdə etdilər. Hələlik səsi çıxmasa da, yavaş-yavaş tündləşir.
Bir çoxlarının imza toplamaq, digərlərinin topladığı imzaları təsdiq etdirmək problemləri var. Görüşüb söhbət etdiyim hər bir potensial namizəd “heç vaxt belə şey görmənişik” deyir. Vurnuxurlar. Arabir də başlarını çevirib hakimiyyətin bunlara yedizdirdiyinin xıltını seçkidən imtina edənlərə tökməyə çalışırlar.
Tökməyin, cənablar! Problemləri yaradan biz deyilik. Heç vaxt belə olmayıb – son 15 ildə bütün seçkilərin rezümesidir, daha dirənib divara.
Biz, sizdən ağıllılar bunun belə olacağını sizə sentyabrın 10-da dedik. Bəyəm siz öz kəm savadınızla seçkilərin ölkənin həyatında nə qədər vacib prosedur olduğunu bizdən yaxşı bilirsiz?
Biz 1974-cü ildə Braziliyadan tutmuş 2000-ci ildə Serbiyada Miloşeviçin məğlubiyyətinə qədər diktaturaların yıxılmasında seçkilərin rolunu çox gözəl bilirik. Sizin nalə çəkdiyiniz neqativ hallar nədir ki?! Bunlarla, hətta qutuya bülletenlərin atılmasıyla da mübarizə aparmaq olar. Amma seçki qutularını oğurlamaq nə Markosun, nə Pinoçetin, nə də Miloşeviçin ağılına belə gəlməyib. Yəni, nə əldə edəcəyinizdən asılı olmayaraq, mübarizənizin nəticəsi oğurlanacaqsa, üzü küləyə tüpürdüyünüzü qanmayacaq dərəcədəmi kütsünüz?
Və bir də biz sizə həbsxanada ölümlə çarpışan dostlarımızı göz ardına almaq lazım olduğunu çatdırmaq istədik. Çatmadı. Leylaya, Xədicəyə, İntiqama, Yadigara salamlar, təbriklər göndərməyiniz boş şeydi. Onların bundan sonrakı dustaq həyatlarında Əliyev rejimi qədər də sizlər günahkarsınız.
Yazı müəllifin facebook səhifəsindən götürülüb.