suriya-teyyaresi-ankara2

Rusiya Suriyadakı aviaqruplaşmanın sayını açıqladı

suriya-teyyaresi-ankara2Rusiya Müdafiə Nazirliyi Suriyada yerləşdirilən aviaqruplaşmanın tərkibini və sayını ilk dəfə açıqlayıb.

Virtualaz.org saytı xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov Suriyada 50-dən çox döyüş təyyarəsi və vertolyotun yerləşdirildiyini bildirib.

“Aviasiya qruplaşması qısa müddət ərzində yerləşdirilib. Biz bunu bacardıq. Çünki əsas material ehtiyatlarının və döyüş sursatlarının əsas hissəsi Tartusdakı maddi-texniki təchizat bazasında var idi. Geriyə ancaq aviasiyanın yenidən dislokasiyası və bəzi avadanlıqların daşınması qalırdı”- deyə Konaşenkov bildirib.

Bundan əvvəl ABŞ kəşfiyyatı Suriyanın Latakiyə şəhəri yaxınlığındakı aerodromda Rusiyanın 28 döyüş təyyarəsini və bir neçə vertolyotunu qeydə almışdı.