Putin Əsədə görə hərbi tribunala verilə bilər

PutinABŞ məmurları, hətta beynəlxalq hüquq üzrə ekspertlər hesab edir ki, Suriya ordusuna etdiyi köməyə görə Rusiyanın rəsmi şəxsləri, o cümlədən prezident Putin hərbi cinayətə dəstəyə görə məhkəməyə cəlb edilə bilər. Bu barədə Bloomberg yazır.

Ekspertlər qeyd edir ki, Suriya hərbçiləru və yüksək rütbəli məmurları insanlığa qarşı cinayətlərə görə mühakimə edilə bilər. Rusiya isə bu cinayətləri törədənlərə dəstək verir. Sebiya baş nazirinin keçmiş müavini Nikola Şaynoviç və Liberiyanın eks-prezidenti ÇArlz Teylor  da eyni ittihamlarla cinayət məsuliyyətinə cəlb ediliblər.

azadlıq.info