İran Bəşər Əsəd hökuməti tərəfindən vuruşmaq üçün Suriyaya hərbçilər göndərib. Bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə bu qüvvələr irimiqyaslı quru əməliyyatlarına qoşulacaq.
Reutersin məlumatına görə, Rusiya təyyarələri ABŞ-ın təlim keçdiyi və Əsəd rejiminə qarşı mübarizə aparan üsyançıların düşərgəsini bombalayıblar.
ABŞ və Rusiya rəsmiləri mümkün təsadüfi toqquşmalardan qaçmaq üçün oktyabrın 1-də danışıqlar aparacaqlar.
Rusiya sentyabrın 30-dan Suriyada hava əməliyyatlarına başlayıb.