Cəlilabadda hasar uçub, 1 nəfər ölüb

qetlAzərbaycanda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, sentyabrın 29-da Cəlilabad rayonunun Həziabad kəndində yaşayan Əhmədağa Paşayev həyətində üstünə daş hasarın aşması nəticəsində ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.