Azərbaycanlı zəvvarlar çətin durumda

zevvarlar-ciddeHəcc ziyarətinə gedən hüquqşunas Qurban Məmmədov hazırda azərbaycanlı zəffarların Ciddə hava limanında üzləşdiyi çətin durum barədə məlumat verib:

“Burada Qafqaz Müsəlmanları İdarəsinin 10.000 AZN əmək haqqı alan nümayəndələri öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. Növbəlilik yoxdur, şəkərli xəstələr, təzyiqi olan qadınlar saat 14:00-dan 50 dərəcə istidə zülm çəkə-çəkə hava limanında gözlədiyi halda, 14 sentyabrda gələnlər yola salınır. Zəvvarlarla maraqlanan yox, su-yemək təklif edən yox.

Burada ən tərbiyəsiz münasibət azərbaycanlılaradır. Başqa ölkələrin zəvvarları hava limanına gələndən qısa müddət sonra yola salınır. Bizimkilər isə Məkkədə hotelə əlavə pul ödəməsinlər deyə, camaatı gətirib 50 dərəcə istidə töküblər hava limanına.

Burda da yerlibazlıq, dostbazlıq. İnsanlara sadəcə çox pis münasibət var.

Hətta bir qadının: “Bilsəydim belədir həcc ziyarətinə gəlməzdim” – deməsi ürəyimi ağrıtdı.

Təyyarə olmaya bilər, ancaq zəvvarlara xidmət göstərmək, ən azından su ilə təmin etmək vətəndaşlardan 5000 dollar alan Qafqaz Müsəlmanları İdarəsinin vəzifəsidir”.