Rusiya Əsədi qəbul etməyə hazırdı

b esed3Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Leonid Kalaşnikov deyib ki, Suriya prezidenti Bəşər Əsəd devrilsə, Rusiya onu qəbul etməyə hazırdır.

Deputatın sözlərinə görə, bu Qərbin yaxud bəzi rusiyalı siyasətçilərin xoşuma gəlməsə də, Rusiya dəstəklədiyi adamları pis vəziyyətdə qalmasına imkan verməməlidir.

Kalaşnikov qeyd edib ki, Rusiya həmişə tərəfdaşlarını qəbul edir və misal kimi Azərbaycanın keçmiş prezidenti Ayaz Mütıllibovu və Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayevi göstərib.

Qeyd edək ki, Rusiya Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə də sığınacaq verib.

azadlıq.info