Çevik Polis Alayında kütləvi ixtisar başlayıb?

cevik polisDaxili İşlər Nazirliyi Çevik Polis Alayında kütləvi ixtisarlar başlayıb. ÇPA-dan 140 nəfərin işdən azad olunacağına dair əməkdaşlara xəbərdarlıq edilib. Qərar onların fiziki göstəricilərinin DİN orqanları əməkdaşlarına uyğun olmaması ilə əsaslandırılıb.

Alay Komandirinin Şəxsi Heyət üzrə müavini, polis polkovniki Rəcəb Rəcəbov ÇPA əməkdaşlarına 4 gün möhlət verib.

Məlumatda qeyd olunur ki, ixtisarlara səbəb polis əməkdaşlarının boylarının standartlara uyğun olmaması göstərilir. Bundan başqa bir neçə il öncə pensiya yaşına çatan və hər hansı səbəbdən xidmətdə vəzifəsinə davam edən bir çox polis əməkdaşı da təqaüdə göndərilib. (Qafqazinfo)

Sözü gedən xəbərlə bağlı redaksiyamızla əlaqə saxlayan Çevik Polis Alayının komandirinin müavini polkovnik Rəcəb Rəcəbov bildirdi ki, ixtisarla bağlı deyilənlər həqiqəti əks etdirmir və bu günə qədər Çevik Polis alayında heç bir ixtisar aparılmayıb.